Əziz Qaralov: "Badamdarda sürüşmə davam edir, ərazidəki insanlar evlərindən çıxarılıblar" - VİDEO

Əziz Qaralov: "Badamdarda sürüşmə davam edir, ərazidəki insanlar evlərindən çıxarılıblar" - VİDEO Bakı. 13 oktyabr. REPORT.AZ/ Badamdardakı sürüşmə sahəsində yaşayış evlərində olan insanlara dünən xəbərdarlıq edilib və onlar evlərindən çıxarılıblar.
Ekologiya
13 Oktyabr , 2018 10:43
Əziz Qaralov: Badamdarda sürüşmə davam edir, ərazidəki insanlar evlərindən çıxarılıblar - VİDEO
Report

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Badamdardakı sürüşmə sahəsində yaşayış evlərində olan insanlara dünən xəbərdarlıq edilib və onlar evlərindən çıxarılıblar".

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, ərazidə gecə səhərə qədər növbə təşkil edilib: "İnsanlar üçün təhlükə yoxdur. Təxminən, 250 metr enində olan böyük bir ərazi hərəkət edərək üstündəki istinad divarını uçurmaqla avtomobil yoluna qədər gəlib çatıb. Sürüşmə sahəsində istinad divarından yuxarı 25-30 metr görünən hündürlük var və prosesdə aktivlik hələ də davam edir. Müvafiq orqanların nümayəndələri hazırda buradadırlar".

Son xəbərlər

Orphus sistemi