Əziz Qaralov: "Badamdar sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib"

Əziz Qaralov: "Badamdar sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib" Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib. Hazırda gərginlik davam etməkdədir.
Ekologiya
103
17 Oktyabr , 2018 14:24
Əziz Qaralov: Badamdar sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov / Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasının sağ və sol hissəsində xırda çatlar əmələ gəlib. Hazırda gərginlik davam etməkdədir".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, yaxın bir-iki aya prosesin başa çatacağı gözlənilir: "Bu gün yağan yağış da sürüşməyə təsir edib, xırda uçqunlar olub. Hazırda müşahidələrimiz davam etdirilir".

Son xəbərlər

Orphus sistemi