Yuxarı

ETSN: Yardımlı meşəsində alov söndürülüb, tüstülənmənin qarşısını almaq məqsədi ilə işlər görülür

ETSN: Yardımlı meşəsində alov söndürülüb, tüstülənmənin qarşısını almaq məqsədi ilə işlər görülür

Bakı. 7 iyul. REPORT.AZ/ Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində alov söndürülüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Ərazidə ayrı-ayrı kiçik yerlərdə hələ də müşahidə olunan tüstülənmə hallarının qarşısını tam almaq məqsədi ilə müvafiq işlər davam etdirilir. Ərazini bir neçə gün ərzində nəzarətdə saxlamaq məqsədi ilə ETSN əməkdaşları tərəfindən növbətçilik təşkil edilib.

Qeyd edək ki, iyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, eləcə də yerli icra hakimiyyəti nümayəndələri və rayon sakininləri yaxından kömək göstərib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi