ETSN Xəzərin sahilinin təmiz saxlanılması üçün ictimaiyyətə müraciət edib

ETSN Xəzərin sahilinin təmiz saxlanılması üçün ictimaiyyətə müraciət edib "2017-ci ildə Xəzər dənizinin sahil boyu ərazilərinin çirklənməsi ilə bağlı 200-dən çox akt tərtib olunub"
Ekologiya
1 İyun , 2018 11:51
ETSN Xəzərin sahilinin təmiz saxlanılması üçün ictimaiyyətə müraciət edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qənbərov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ "2017-ci ildə Xəzər dənizinin sahil boyu ərazilərinin çirklənməsi ilə bağlı 200-dən çox akt tərtib olunub".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qənbərov deyib.

O bildirib ki, 2018-ci ildə də bu cür hallarla rastlaşırıq və nazirlik nümayəndələri bunun qarşısının alınmasına dair işlər görür: "Son bir həftə ərzində Xəzər sahilində aparılan monitorinqlər göstərir ki, hələ sahil əraziləri təmizdir. Çünki dəniz mövsümü başlamayıb. Bu işə ictimaiyyətin özü kömək etməlidir, dəniz mövsümü başlayandan sonra da bu əraziləri təmiz saxlamaq lazımdır".

Son xəbərlər

Orphus sistemi