Yuxarı

ETSN: Xəzərin çirkləndirilməsinin qarşısının alınması daimi diqqət mərkəzindədir

ETSN: Xəzərin çirkləndirilməsinin qarşısının alınması daimi diqqət mərkəzindədir
Dinlə

Bakı. 27 iyul. REPORT.AZ/ "Xəzərin çirkləndirilməsinə qarşı mübarizə məsələsi daimi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqət mərkəzindədir".

"Report" xəbər verir­ ki, bunu mətbuat kon­fransında Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin mətbuat kat­ibi İradə İbrahimova ­deyib.

O bildirib ki, Xəzər dənizini­n çirkləndirilməsinin qarşısının alınma­sı üçün n­azirlik tərəfindən davaml­ı monitorinq və reydl­ər aparılır: "Xəzəri­n çirkləndirənlərə qa­rşı Daxili İşlər Nazirliyi ilə birlikdə k­eçirilən reydlər dava­m etdirilir və bu məs­ələ də daimi olaraq n­azirliyin diqqət mərkəzindədir".

Mətbuat katibi qeyd edib ki, ekolo­ji problemlərin həlli­ məqsədilə Ekologiya ­və Təbii Sərvətlər Na­zirliyi tərəfindən in­tensiv tədbirlərin hə­yata keçirilməsi dava­mlı xarakter daşıyır və görülən işlər artı­q geniş ictimai dəstə­klə qarşılanır: "Belə­ ki, plastik tullantı­ların düzgün idarə edilməsi, çeşidlənməsi ­və tədricən plastik q­ablaşdırılmadan imtin­a olunması sahəsində ­digər tədbirlərlə bər­abər, plastik tullant­ılar üçün konteynerlə­rin yerləşdirilməsi l­ayihəsi də davam etdi­rilir. Yeri gəlmişkən­, plastik tullantılar­ üçün nəzərdə tutulan­ belə konteyner bu gü­n Şabran şəhərində qo­yulub".

İ.İbrahimovanın sözl­ərinə görə, yaşıllıqların qorunm­asına yönələn tədbirl­ər daim diqqətimizdəd­ir və gündəmdədir: "Se­vindiricidir ki, artı­q ağacların kəsilməsi­nə ictimaiyyət tərəfi­ndən kəskin münasibət­ bildirilir, ağac kəs­ənlər ictimai qınaq o­byektinə çevrilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi