ETSN vətəndaşlara xəbərdarlıq edib

ETSN vətəndaşlara xəbərdarlıq edib Şaxtalı hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq
Ekologiya
513
24 Fevral , 2021 21:52
ETSN vətəndaşlara xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

"Report" xəbər verir ki, ETSN rəsmisi deyib: "İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar.

Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər".

Son xəbərlər

Orphus sistemi