Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 2-ən 10-dək Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.
Ağac tinglərinin paylanılması aksiyası aprelin 2-də Bakının Nəsimi rayonunda Koroğlu parkının, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəkidə isə Axundov bağının qarşısında saat 11:00-dan 13:00-dək keçiriləcək.


