ETSN tikinti şirkətlərinə çağırış edib

ETSN tikinti şirkətlərinə çağırış edib "Tikinti şirkətləri tərəfindən ekoloji ekspertiza rəyinə təqdim olunan layihələrin mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq şəkildə icra olunmasını təklif edirik".
Ekologiya
20 May , 2022 15:59
ETSN tikinti şirkətlərinə çağırış edib
İradə İbrahimova

"Tikinti şirkətləri tərəfindən ekoloji ekspertiza rəyinə təqdim olunan layihələrin mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq şəkildə icra olunmasını təklif edirik".

"Report"un məlumatına görə, bunu sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Tikintiyə başlamamışdan əvvəl tikinti şirkətləri tərəfindən ictimaiyyət görüləcək işlər barəsində, xüsusilə də yaşıllıqların vəziyyəti və gələcək yaşıllaşdırma tədbirləri haqqında məlumatlandırılsın, aparılacaq tikinti-abadlıq işlərinin mahiyyəti, cəmiyyət və insanlarımız üçün faydası, sosial əhəmiyyəti açıqlansın. Bu, həm bu sahədə şəffaflığın təmin olunmasına şərait yaradacaq, həm də tikinti şirkətlərinin yaşıllıqların qorunması və artırılması işində məsuliyyətini artırmış olacaq", - deyə o qeyd edib..

Onun sözlərinə görə, ağaclara, yaşıllıqlara tikinti şirkətləri tərəfindən zərər verilməsi halları var:

"Bu, nazirlik olaraq bizi olduqca narahat edir, ictimaiyyətin də haqlı narazılığı ilə qarşılanır.

Bütün bu ictimai dinləmələrin keçirilməsində məqsəd odur ki, bu narahatlıq və narazılıqlar aradan qalxsın.

Bir daha tikinti şirkətlərinə müraciət edirik ki, paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər. Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik".

Son xəbərlər

Orphus sistemi