ETSN təbiətin qorunmasına yönələn vətəndaş təşəbbüslərini təqdir edir

ETSN təbiətin qorunmasına yönələn vətəndaş təşəbbüslərini təqdir edir Bakı. 4 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kiçik yaşlı uşaqların keçirdiyi aksiyaya münasibət bildirib.
Ekologiya
4 Sentyabr , 2018 14:31
ETSN təbiətin qorunmasına yönələn vətəndaş təşəbbüslərini təqdir edir

Bakı. 4 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kiçik yaşlı uşaqların keçirdiyi aksiyaya münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ETSN Ağdaş rayonunun Gülbəndi kəndində kiçik yaşlı uşaqların yaşıllıqların mühafizəsinə, ağacların kəsilməməsinə, ətraf mühitin qorunmasına və təmiz saxlanılmasına yönələn sosial aksiyasını təqdir edir. Böyük ictimai maraqla qarşılanan belə maarifləndirici və örnək olan aksiyalar hər bir şəhərdə, rayonda və kənddə keçirilərsə ekoloji problemlər tədricən aradan qalxar.

ETSN təbiətin qorunmasına və yaşıllıqların mühafizəsinə dair hər bir vətəndaş təşəbbüsünü dəstəkləyir və belə aksiyaların keçirilməsində bütün tərəfdaşlara hər cür köməkliyini təklif edir.

Son xəbərlər

Orphus sistemi