ETSN Sumqayıt Su Kanal İdarəsinin rəisini cərimələyib

ETSN Sumqayıt Su Kanal İdarəsinin rəisini cərimələyib Bakı. 7 iyul. REPORT.AZ/ Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xəzər dənizi sahili zonasında çirkab suların çimərlik zonasından birbaşa Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.
Ekologiya
7 İyul , 2018 10:40
ETSN Sumqayıt Su Kanal İdarəsinin rəisini cərimələyib

Bakı. 7 iyul. REPORT.AZ/ Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xəzər dənizi sahili zonasında çirkab suların çimərlik zonasından birbaşa Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı aşkar olunub. Araşdırma zamanı çirkab suların Sumqayıt Su Kanal İdarəsinə məxsus kanalizasiya şəbəkəsindən təxliyə üçün nəzərdə tutulan boru xətdən birbaşa dənizə axıdıldığı müəyyən edilib.

Faktla bağlı Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Belə hallara bir daha yol verilməməsi üçün idarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Son xəbərlər

Orphus sistemi