ETSN Şəkidə palıd, qarağac, yemişan cinsli ağacların kəsildiyini aşkarlayıb

ETSN Şəkidə palıd, qarağac, yemişan cinsli ağacların kəsildiyini aşkarlayıb Bakı. 2 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəki rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Ekologiya
2 May , 2018 12:44
ETSN Şəkidə palıd, qarağac, yemişan cinsli ağacların kəsildiyini aşkarlayıb
Eco.gov.az

Bakı. 2 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəki rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Şəki rayonu Bideyiz bələdiyyəsinin mülkiyyətinə aid örüş sahəsində 9 ədəd palıd, qarağac, yemişan cinsli ağacın kəsildiyi və təbiətə 1070 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Təqsirkarın müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Şəki Rayon Polis şöbəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi