ETSN: Şamaxıda tullantıların çay kənarına atılması faktı aşkarlanıb

ETSN: Şamaxıda tullantıların çay kənarına atılması faktı aşkarlanıb Bakı. 3 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Şamaxı rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçiriblər.
Ekologiya
3 May , 2018 10:05
ETSN: Şamaxıda tullantıların çay kənarına atılması faktı aşkarlanıb
eco.gov.az

Bakı. 3 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Şamaxı rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçiriblər.

Nazirlikdən "Report"a verilən məlumata görə, reyd zamanı “Mercedes” markalı 50 CL- 474 nömrəli dövlət qeydiyyat nişanlı yük avtomobilinin rayonun Zoğalavay çayı ərazisinə heyvandarlıq təsərrüfatında formalaşan tullantıları boşaltdığı aşkar olunub. Avtomobilin sürücüsü sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı akt tərtib olunub.

Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması üçün məktubla Şamaxı rayon Polis Şöbəsinə müraciət edilib.

Son xəbərlər

Orphus sistemi