Yuxarı
    Bağlamaq

    ETSN: Şahdağ Milli Parkının ərazisində uçqunla bağlı təhlükəli vəziyyət yoxdur

    Hikmət Əlizadə: “Hazırda həmin ərazidə yerləşən yol açıqdır”

    Bakı. 21 aprel. REPORT.AZ/ “Şahdağ Milli Parkının ərazisində uçqunla bağlı təhlükəli vəziyyət yoxdur”.

    Bunu “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadə deyib.

    O bildirib ki, uçqun kiçik ərazini əhatə edib: “Uçqun nəticəsində həmin ərazidən daş və qaya qırıntıları yola tökülmüşdü. Hadisə ilə bağlı dərhal parkın əməkdaşları müvafiq qurumlara, yəni Fövqəladə Hallar Nazirliyinə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə məlumat veriblər”.

    Mütəxəssisin sözlərinə görə, hadisə baş verən gün ərazidə yerləşən yola tökülən daş və qaya qırıntıları təmizlənib: “Hazırda həmin ərazidə yerləşən yol açıqdır. Həmin ərazidə ağac yoxdur, təpəlik sahədir, bir neçə kol var, bu səbəbdən də elə ciddi bir təhlükə olmayıb”.

    Qeyd edək ki, aprel ayının 17-i səhər saat 4 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib. Hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi