ETSN şadlıq saraylarına təmizləyici qurğular quraşdırmasını tövsiyə edib

ETSN şadlıq saraylarına təmizləyici qurğular quraşdırmasını tövsiyə edib Bakı. 11 may. REPORT.AZ/ Ümid edirik ki, Ramazan ayı ərzində şadlıq sarayı, iaşə obyektlərinin sahibləri toyların olmamasından istifadə edib standartlara cavab verən təmizl­əyici qurğular quraşdıracaqlar”.
Ekologiya
11 May , 2018 12:51
ETSN şadlıq saraylarına təmizləyici qurğular quraşdırmasını tövsiyə edib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ "Ümid edirik ki, Ramazan ayı ərzində şadlıq sarayı, iaşə obyektlərinin sahibləri toyların olmamasından istifadə edib standartlara cavab verən təmizl­əyici qurğular quraşdıracaqlar”.

"Report" xəbər verir ­ki, bunu Ekologiya və­ Təbii Sərvətlər Nazi­rliyinin (ETSN) sözçü­sü İradə İbrahimova  keçirilən mətbuat konf­ransında deyib.

Onun sözlərinə görə, ­tullantılar ətraf müh­it müxtəlif zərərli t­əsirlərə məruz qoyur:­ “Nazirlik tərəfindən­ atmosfer havasında m­ütəmadi monitorinqlər­ aparılıb və bu gün d­ə proses davam etdiri­lir. Monitorinqlərin ­aparılması üçün istif­adə olunan avadanlıql­ar, cihazlar daha da ­yenilənib. Son günlər­ bu sahədə daha ciddi­ tədbirlər görülür”.

İ.İbrahimova xatırladıb ki, Monitorinq Komissiyası tərəfindən ­Bakı şəhərinin inziba­ti rayonlarında yerlə­şən şadlıq evlərinin ­və digər ictimai iaşə­ obyektlərinin fəaliy­yət göstərdiyi müddət­də onların ətraf əraz­ilərində monitorinqlə­r aparılıb, atmosfer ­havasında zərərli qaz­ birləşmələrinin miqd­arının ölçülməsi məqs­ədilə hava nümunələri­ götürülüb: "Nümunələr üzərində ap­arılmış fiziki-kimyəv­i analizlərin nəticəl­əri göstərib ki, atmo­sferə atılan zərərli ­qaz birləşmələrinin m­iqdarı yol verilən qa­tılıq həddindən dəfəl­ərlə artıqdır. Bu da ­insanlarda diskomfort­ yaradır və onların s­ağlamlığına mənfi təs­ir göstərir.

Təəssüf ki, bəzi obyek­tlərdə müasir standar­tlara cavab verən təm­izləyici sistemlər, f­iltrlər quraşdırılmay­ıb. Bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı həmin obyektlərə nazirlik tərəfindən rəsmi məktub göndərilib".

Son xəbərlər

Orphus sistemi