ETSN rəsmisi: "Qənaətli suvarma sistemlərindən istifadənin təşviqi üçün fərqli tariflərin tətbiqi vacibdir"

ETSN rəsmisi: "Qənaətli suvarma sistemlərindən istifadənin təşviqi üçün fərqli tariflərin tətbiqi vacibdir" Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir. Digər tərəfdən, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək.
Ekologiya
25 Sentyabr , 2019 15:45
ETSN rəsmisi: Qənaətli suvarma sistemlərindən istifadənin təşviqi üçün fərqli tariflərin tətbiqi vacibdir

"Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir. Digər tərəfdən, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək".

"Report" xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat getdikcə artır: "Ölkədə il ərzində su mənbələrindən, təxminən, 12 milyard kubmetr su götürülür. Bunun da böyük hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrasında tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir".

Şöbə müdiri bildirib ki, gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır: "Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməlidir. Sudan səmərəli istifadəni və bu məqsədlə qənaətli suvarma sistemlərindən istifadəni təşviq etmək üçün düzgün uçot və istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin tətbiqi vacibdir". 

Son xəbərlər

Orphus sistemi