Xidmət rəisi: "Cəbrayıldakı ceyranların digər ərazidə də görünməsi onların əraziyə uyğunlaşmağını göstərir"

Xidmət rəisi: "Cəbrayıldakı ceyranların digər ərazidə də görünməsi onların əraziyə uyğunlaşmağını göstərir" "Cəbrayıl ərazisindəki ceyranların digər ərazidə də müşahidə olunmağı onların əraziyə uyğunlaşmağını göstərir"
Ekologiya
3 Fevral , 2023 16:43
Xidmət rəisi: Cəbrayıldakı ceyranların digər ərazidə də görünməsi onların əraziyə uyğunlaşmağını göstərir
Firuddin Əliyev

"Cəbrayıl ərazisindəki ceyranların digər ərazidə də müşahidə olunmağı onların əraziyə uyğunlaşmağını göstərir"

"Report" xəbər verir ki, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzən brakonyerlik hallarına da rast gəlinir:

"Buraya Ağgöl və Qızılağac milli parklarını aid etmək istərdim. Təəssüf ki, milli parkın ərazisində ov etmək qadağan olmasına baxmayaraq, son dövrlərdə bu kimi neqativ hallara rast gəlirik".

Xidmət rəisi xatırladıb ki, ötən il nazirlik bir sıra reintroduksiya layihələr həyata keçirib: "Bu il də həmin layihələrin davam etdirilməsi nəzərdə tutulub. Buraya ceyranların, beziar keçilərinin, köpgərin və bizonların reintroduksiyası daxildir. Həmçinin "Qırmızı kitab"a daxil olan nəcib maralın da öz tarixi aerallarına reintroduksiyası ilə bağlı layihələr həyata keçirilir. Onu da qeydə etmək istərdim ki, reintroduksiya olunan ceyranların sayı 350 başı keçib".

Onun sözlərinə görə, bu addımlar IDEA İctimai Birliyi və Vəhşi Təbiəti Müdafiə Fondu ilə birlikdə atılır: "Müsbət addımların atılmasına baxmayaraq, bəzən brakonyerlik hallarına da rast gəlinir. Təəssüf ki, milli parkın ərazisində ov etmək qadağan olmasına baxmayaraq, son dövrlərdə bu kimi neqativ hallara rast gəlirik. Neqativ halların qarşısının alınması qismində həm Daxili İşlər Nazirliyinin xüsusilə Su Polisi İdarəsinin əməkdaşları ilə birlikdə Ağgöl və Qızılağac milli parklarında gücləndirilmiş rejim tətbiq olunur".

"Bu rejim çərçivəsində əlavə stasionar postların quraşdırılması, əlavə heyətin əraziyə cəlb olunması, müəyyən maneələrin yaradılması, xəbərdarlıq lövhələrinin quraşdırılması kimi tədbirlər davam edir. Belə olan hallarda həmin vətəndaşlara qanunvericilik çərçivəsində ciddi tədbirlər həyata keçirilir. İki həftə əvvəl qanunsuz olaraq çöl donuzunun övlanması faktı aşkarlanıb. Bununla bağlı da tədbirlər həyata keçirilib. Vətəndaşları belə əməllərdən çəkinməyə səsləyirəm" - F.Əliyev əlavə edib.

O vurğulayıb ki, keçən ilin oktyabrında ölkə başçısının iştirakı ilə 33 baş ceyranın təbiətə buraxılması prosesi oldu: "Onların monitorinqi davam edir. Füzulinin Alxanbəyli kəndində ceyranlar müşahidə olunub. Hazırda həmin ərazidə monitorinqlər davam edir. Bu müsbət haldır. Cəbrayıl ərazisindəki ceyranların digər ərazidə də müşahidə olunmağı onların əraziyə uyğunlaşmağını göstərir".

Son xəbərlər

Orphus sistemi