ETSN: "Ötən il Azərbaycanda radiasiya fonu norma daxilində qeydə alınıb

ETSN: "Ötən il Azərbaycanda radiasiya fonu norma daxilində qeydə alınıb "Gündəlik müşahidələr gündə 3 dəfə 35 məntəqədə aparılıb"
Ekologiya
19 Fevral , 2016 16:42
ETSN: Ötən il Azərbaycanda radiasiya fonu norma daxilində qeydə alınıb

Bakı. 19 fevral. REPORT.AZ/ Ötən il ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə (saat 09:00, 15:00, 18:00 radələrində) 35 məntəqədə aparılıb. "Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2015-ci il ərzində görülmüş işlərə dair hesabatda bildirilib.

Sənəddə qeyd olunub ki, ölçmələrin nəticələrinə əsasən 238 sayda gündəlik bülletenlər hazırlanaraq aidiyyatı üzrə dövlət orqanlarına çatdırılıb və məlumatlar gündəlik olaraq Nazirliyin İnternet saytında yerləşdirilib. Atmosfer aerozollarının b-radioaktivliyi üzərində müşahidələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülən 3895 planşet nümunələrində 11 685 analizlər aparılıb. Transsərhəd ərazilərdə (Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonları və Pirallahı adası) fəaliyyət göstərən radiasiya fonu üzrə avtomatlaşdırılan monitorinq nəzarəti sistemi normal fəaliyyət göstərir. Hazırda monitorinq məlumatları hər yarım saatdan bir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür. Abşeron yarımadasında radiasiya fonu 6-14 mkr/saat arasında (təbii fon 6-18 mkr/saat) dəyişib. Kiçik Qafqazda 7-16 mkr/saat (təbii fon 5-16 mkr/saat), Böyük Qafqazda isə 8-30 mkr/saat (təbii fon 6-26 mkr/saat), Aran rayonlarında 3-21 mkr/saat (təbii fon 7-16 mkr/saat), Lənkəran-Astara bölgəsində 6-15 mkr/saat (təbii fon 7-16 mkr/saat), Naxçıvan MR-da 8-14 mkr/saat (təbii fon 12-15 mkr/saat) radiasiya fonu qeydə alınıb. Təbii fonda kiçik amplitudalarla kənaraçıxmalar olsa belə radiasiya fonu norma daxilində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi