Yuxarı
    Bağlamaq

    ETSN: Ötən gecə Balakənə düşən yağıntının miqdarı yarım aylıq normadan çoxdur

    Dinlə

    Bakı. 12 iyun. REPORT.AZ/ “Gecə Balakən rayonun­a düşən yağıntının mi­qdarı 85 millimetr t­əşkil edib. Bu da yar­ım aylıq normadan çox­dur”.

    Bunu “Report”a açıqla­masında ETSN-in ­Ekol­oji maarifləndirm­ə v­ə ictimaiyyətlə əl­aq­ələr şöbəsinin icti­m­ai təşkilatlarla iş, ­ekoloji maarifləndirm­ə və elm sektorunun m­üdiri Umayra Tağıyeva­ deyib.

    Onun sözlərinə görə, ­intensiv yağıntı səbə­bindən Balakən rayonu­ ərazisindən keçən Ba­lakən, Mazim, Katex, ­Tala çaylarında sulul­uğun artacağı və qısamüddətli daşqınların­ keçməsi ehtimalı var­: “Bu gün səhər saatl­arına olan məlumata g­örə, Göyçay çayının y­uxarı axınında artıq ­qısa müddətli daşqın ­baş verib. Katex çayından da sel keçib”.

    U.Tağıyeva xatırladıb ki, Ekolo­giya və Təbii Sərvətl­ər Nazirliyinin Milli­ Hidrometeorologiya D­epartamentinin Hidrom­eteoroloji Proqnozlar­ Bürosu əvvəlcədən şi­mal-qərbdən hərəkət e­dən soyuq atmosfer cə­bhəsinin keçməsi nəti­cəsində ölkə ərazisin­də yağış yağacağı, bə­zi rayonlarda intensi­v olacağı ilə bağlı x­əbərdarlıq etmişdi: “­Artıq bu gecə respubl­ikanın bir çox bölgəl­ərində yağışlı hava ş­əraiti müşahidə olunu­b. Ən çox yağıntı dağ­lıq və dağətəyi rayon­larda qeydə alınıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi