Yuxarı
    Bağlamaq

    ETSN ölkədə müşahidə olunan anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

    Dinlə
    © Report

    Bakı. 3 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda müşahidə olunan anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

    Nazirlikdən "Report"a verilən məlumata görə, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir. 

    "Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik", - məlumatda qeyd olunub.

    Anomal isti hava şəraiti iyulun 4-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi