ETSN-nin "Ekspert saatı" adlı layihəsi yenidən işə başlayıb

ETSN-nin "Ekspert saatı" adlı layihəsi yenidən işə başlayıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayım layihəsi yenidən öz işinə başlayıb.
Ekologiya
25 Dekabr , 2020 13:47
ETSN-nin Ekspert saatı adlı layihəsi yenidən işə başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi "facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayım layihəsi yenidən öz işinə başlayıb.

Bu barədə "Report"a ETSN-dən məlumat verilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, “Ekspert saatı” verilişinin bugünkü qonağı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir:

“Bu gün saat 16:00-da nazirliyin facebook səhifəsinin canlı yayımında ətraf mühitin mühafizəsinə nəzarət, işğaldan azad olunmuş ərazilərdə mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi, perspektiv planlarla bağlı facebook istifadəçilərinin sualları cavablandırılacaq və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriləcək”.

Nazirliyin rəsmisi qeyd edib ki, sosial şəbəkə izləyiciləri ilə açıq dialoqun qurulması yaxşı bir təcrübədir və bu, həm nazirliyin gördüyü işlərin cəmiyyətin bütün təbəqələrinə çatdırılmasında, həm də şikayət, müraciət və təkliflərin dinlənilməsində, onların operativ həllində önəmli bir müstəvidir.

Son xəbərlər

Orphus sistemi