ETSN-in şöbə müdiri: "Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı məlumat araşdırılıb"

ETSN-in şöbə müdiri: "Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı məlumat araşdırılıb" Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) vətəndaşlardan daxil olan məlumat ETSN-in əməkdaşları tərəfindən araşdırılıb.
Ekologiya
9 May , 2019 17:00
ETSN-in şöbə müdiri: Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı məlumat araşdırılıb

Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) vətəndaşlardan daxil olan məlumat ETSN-in əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə "Report"a Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib.

O bildirib ki, sözügedən ərazidə elektrik yarımstansiyası tikildiyindən və həmin yerdəki ağaclar tikinti altına düşdüyündən ağacların başqa əraziyə köçürülməsi işləri aparılır: "Tikinti başa çatdıqdan sonra həmin ərazidə Nazirliyin əməkdaşlarının nəzarəti ilə yeni ağacların əkilməsi təmin ediləcək. Yaşıllıqların qorunması ilə bağlı sayıqlıq göstərərək Nazirliyə müraciət etmiş ictimaiyyət nümayəndələrinə minnətdarlıq bildiririk".

Son xəbərlər

Orphus sistemi