ETSN-in “Qaynar xətt”inə 876 şikayət daxil olub

ETSN-in “Qaynar xətt”inə 876 şikayət daxil olub Şikayətlər əsasən məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi ilə əlaqədar olub
Ekologiya
14 Aprel , 2016 09:28
ETSN-in “Qaynar xətt”inə 876 şikayət daxil olub

Bakı. 14 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə yanvar-mart ayları ərzində 876 şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Qaynar xətt”ə daxil olmuş şikayətdən 635-i nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir. Şikayətlər əsasən məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi, aşma təhlükəsinin olması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

Belə ki, 2016-cı ilin birinci rübü ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilən 413 şikayətdən 339, Dövlət Ekspertiza İdarəsinə göndərilən 287 şikayətdən 201, Meşələrin İnkişafı Departamentinə göndərilən 71 şikayətdən 47, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilən 14 şikayətdən 11, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilən 69 şikayətdən 31, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinə göndərilən 6 şikayətdən 1, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilən 5 şikayət üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilən 10, Milli Hidrometeorologiya Departamentinə göndərilən 1 və digər şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi