ETSN-in nümayəndəsi: "Bakının 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur"

ETSN-in nümayəndəsi: "Bakının 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur" Bəzi müəssisə rəhbərlərinə rəsmi xəbərdarlıq edilib
Ekologiya
11 May , 2018 11:51
ETSN-in nümayəndəsi: Bakının 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ "Monitorinqlərin nəticəsi göstərir ki, ətraf mühitə atılan yanma məhsullarının, zərərli maddələrin nəticəsində atmosfer havasında karbon və kükürdün miqdarı dəfələrlə çoxalıb".

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Mill­i Monitorinq Departamentinin əməkdaşı Cəla­yir Səmədov deyib.

O bildirib ki, havada kükürdün miqdarı normadan 4, karbon qazının miqdarı isə 12 dəfədən çoxdur.

Nazirliyin Ətraf mühit üzrə Mill­i Monitorinq Departam­entinin əməkdaşı Mirs­alam Qəmbərov isə bildirib ki, monitorinqlər, tam araşdırmalar bitmədən, nəticə olmadan, səbəblər araşdırılmadan ictimaiyyətə açıqlama vermək olmaz: "İşlər bitəndən sonra nəticələr mütləq şəkildə ictimaiyyətə açıqlanır və açıqlanacaq".

M.Qəmbərov xatırladıb ki, ötən dövrdə atmosfer havasının zərərli maddələrə məruz qalması ilə bağlı nazirlikdə araşdırma komissiyası yaradılıb və komissiya tərəfindən müvafiq monitorinqlər aparılıb: "Monitorinqlər nəticəsində Bakı şəhərinin müvafiq nöqtələrindən atmosfer havasından nümunələr götürülüb. Şəhərin 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur. Bu səbəbdən də nazirlik tərəfindən bəzi müəssisə rəhbərlərinə rəsmi xəbərdarlıq edilib".

Son xəbərlər

Orphus sistemi