ETSN-in, IDEA İB-in və DGK-nin iştirakı ilə 1 600-dən çox ağac əkilib

ETSN-in, IDEA İB-in və DGK-nin iştirakı ilə 1 600-dən çox ağac əkilib IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Ekologiya
4 Aprel , 2021 17:12
ETSN-in, IDEA İB-in və DGK-nin iştirakı ilə 1 600-dən çox ağac əkilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Report”a verilən məlumata görə, bu gün Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya DGK-nin əməkdaşları da qoşulub. Ağacəkmə aksiyasında Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyev də iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları və könüllülərin iştirakı ilə 2 hektar ərazidə 1 600-dən artıq müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.

Son xəbərlər

Orphus sistemi