ETSN-in “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına jurnalistlər də qoşulub

ETSN-in “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına jurnalistlər də qoşulub Bakı. 15 dekabr. REPORT.AZ/ Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına jurnalistlər də qoşulub.
Ekologiya
15 Dekabr , 2018 14:51
ETSN-in “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına jurnalistlər də qoşulub

Bakı. 15 dekabr. REPORT.AZ/ Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına jurnalistlər də qoşulub.

"Report" xəbər verir ki, aksiya zamanı jurnalistlərin yaşadığı binanın ətrafında ETSN-nin əməkdaşlarının və jurnalistlərin iştirakı ilə 200-dən çox müxtəlif cinsli ağac tingi əkilib.

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azəryaşlandşaft" ASC-nin və Meşələrin inkişafı departamentinin tinglik sahələrində yetişdirilib.

Son xəbərlər

Orphus sistemi