ETSN hüquq mühafizə orqanlarına 25 iş göndərib

ETSN hüquq mühafizə orqanlarına 25 iş göndərib Bakı. 18 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hüquq mühafizə orqanlarına 25 iş göndərib.
Ekologiya
18 Aprel , 2018 20:05
ETSN hüquq mühafizə orqanlarına 25 iş göndərib

Bakı. 18 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hüquq mühafizə orqanlarına 25 iş göndərib.

Nazirlikdən "Report"a verilən məlumata görə, aprelin 1-15-də ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 139 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 21 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 45 iş üzrə 29200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 1948,9 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 215 iş üzrə 35813 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 25 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi