ETSN: Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

ETSN: Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Bakı. 4 iyul. REPORT.AZ/ Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya
4 İyul , 2018 16:26
ETSN: Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Son xəbərlər

Orphus sistemi