ETSN: Havanı çirkləndirən metaləritmə sexinin sahibi cəzalandırılıb

ETSN: Havanı çirkləndirən metaləritmə sexinin sahibi cəzalandırılıb Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.
Ekologiya
15 Oktyabr , 2019 10:38
ETSN: Havanı çirkləndirən metaləritmə sexinin sahibi cəzalandırılıb

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.

"Report" xəbər verir ki, bunu 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.

“Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş”” verilib.

Son xəbərlər

Orphus sistemi