ETSN hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib Sulu qar, qar yağacaq
Ekologiya
29 Dekabr , 2017 12:33
ETSN hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib

Bakı. 29 dekabr. REPORT. AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən "Report" a verilən məlumata görə, yanvarın 1-i axşamdan 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 1-2-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi