ETSN: Gürcüstan və Ermənistandakı sənaye müəssisələrinin çirkab sularının təsirindən Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

ETSN: Gürcüstan və Ermənistandakı sənaye müəssisələrinin çirkab sularının təsirindən Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır Suyun oksigen rejimi bütün məntəqələrdə 7.66-8.04 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib
Ekologiya
21 May , 2018 11:15
ETSN: Gürcüstan və Ermənistandakı sənaye müəssisələrinin çirkab sularının təsirindən Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə may ayında növbəti monitorinq həyata keçirib.

Nazirliyin mətbut xidmətindən "Report"a verilən məlumata görə, may ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 54 m3/san artaraq 427 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.66-8.04 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Son xəbərlər

Orphus sistemi