ETSN Göygöl Milli Parkında satış köşklərinin qurulmasına razılıq verib

ETSN Göygöl Milli Parkında satış köşklərinin qurulmasına razılıq verib Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün sahibkarlara suvenir və hədiyyələrin, ayaqüstü qida məhsullarının satışı məqsədilə yüngül taxta və dəmir konstruksiyalı köşklərin qurulmasını təklif edir.
Ekologiya
3 May , 2019 15:51
ETSN Göygöl Milli Parkında satış köşklərinin qurulmasına razılıq verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün sahibkarlara suvenir və hədiyyələrin, ayaqüstü qida məhsullarının satışı məqsədilə yüngül taxta və dəmir konstruksiyalı köşklərin qurulmasını təklif edir.

"Report"xəbər verir ki, bu barədə Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, maraqlanan sahibkarlar may ayının 31-dək Nazirliyə müraciət edə bilərlər: "Daha ətraflı məlumat Nazirliyin rəsmi internet səhifəsinin (www.eco.gov.az) elanlar bölməsində yerləşdirilib".

Son xəbərlər

Orphus sistemi