Yuxarı
    Bağlamaq

    ETSN: Göygöl Milli Parkı istifadəyə veriləndən indiyədək 141 mindən çox ziyarətçisi olub

    İradə İbrahimova: “2016-cı ilin 7 ayı ərzində Göygöl Milli Parkına 71 min turist səfər edib”

    Bakı. 1 avqust. REPORT.AZ/ Bu il Göygöl Milli Parkına səfər edən turistlərin sayı açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı ilin 7 ayı ərzində Göygöl Milli Parkına 71 min turist səyahət edib: “2015-ci il avqustun 10-dan ilin sonunadək isə Milli Parkın 70 mindən artıq ziyarətçisi olub, yəni, ötən bir il ərzində 141 mindən çox turist Milli Parka səfər edib. Milli parka gələnlərin sayı günü-gündən artır”.

    Mətbuat katibi bildirib ki, turistlər ərazidə yalnız müəyyən olunmuş marşrutlar və istiqamətlər üzrə hərəkət edirlər: “Göygöl Milli Parkı ərazisində turistlər üçün hər şərait yaradılıb. Park ərazisinə giriş uşaqlar üçün pulsuz, böyüklər üçün isə 2 manatdır”.

    Onun sözlərinə görə, ümumilikdə bu ilin yanvar ayından bu günədək Azərbaycan ərazisində yerləşən milli parklara 72 min 58 turist səfər edib.

    Qeyd edək ki, Azərbaycanda 9 milli park, 11 Dövlət Təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi