ETSN gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır

ETSN gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır.
Ekologiya
12 Aprel , 2019 17:52
ETSN gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri "Report"a bildirib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri aparacaq, əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcək və seçilənlərə xüsusi sertifikatlar veriləcək.

Seçilmiş namizədlərdən gələcəkdə Nazirliyin kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.

Müraciət etmək istəyənlər tərcümeyi-halını [email protected] e-poçt ünvanına və ya Bakı şəhəri, B.Ağayev küç.,100 (A) ünvanına təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi