Yuxarı
    Bağlamaq

    ETSN: Ən çox yağıntı Lənkəran-Astara bölgəsinə düşüb

    Bu qədər yağıntının olması mövsümə uyğundur

    Bakı. 17 oktyabr. REPORT.AZ/ "Ötən gün Azərbaycanın bölgələrində leysan xarakterli yağışlı hava şəraiti müşahidə olunub". 

    Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. 

    Onun sözlərinə görə, intensiv yağışlar şimal və qərb rayonlarına daha çox düşüb: "Ən çox yağıntı isə Lənkəran-Astara zonasında qeydə alınıb". 

    G.Məmmədova deyib ki, bu qədər yağıntının olması mövsümə uyğundur: "Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabrın 18-i gündüzədək davam edəcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi