ETSN əməkdaşları qanunsuz ovlanmış 2 baş cüyür aşkarlayıb

ETSN əməkdaşları qanunsuz ovlanmış 2 baş cüyür aşkarlayıb Bakı. 4 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.
Ekologiya
4 Dekabr , 2017 16:50
ETSN əməkdaşları qanunsuz ovlanmış 2 baş cüyür aşkarlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 4 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı meşə ərazisində “Niva” markalı 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı qanun pozucularının Şəki rayon Baş Kəldək kənd sakinləri Dağlar Hüseynov, Telman Məmmədov və oğlu Alim Məmmədovun olduğu müəyyən edilib. Təqsirkar şəxslər barəsində protokollar tərtib olunub və hazırda onların məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi