Yuxarı

ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb

Neft daşlarında dalğanın hündürlüyü 6 metrə catıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 15:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s olub, Neft daşlarının hidrometeoroloji stansiyasının məlumatına görə dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb.

Axşama küləyin tədricən səngiməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi