Xarici İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin (ETSN) birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri ilə görüş keçirilib.
Bu barədə "Report"a ETSN-in Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən islahatlar, layihələr və gələcək perspektivlərlə bağlı diplomatik korpus nümayəndələrinə məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.