ETSN-də Prezidentin tapşırıqlarının icrasına həsr olunan müşavirə keçirilib

ETSN-də Prezidentin tapşırıqlarının icrasına həsr olunan müşavirə keçirilib Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib
Ekologiya
6 Fevral , 2018 17:37
ETSN-də Prezidentin tapşırıqlarının icrasına həsr olunan müşavirə keçirilib

Bakı. 6 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə nazir H.Bağırov giriş sözü ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və onun zəngin irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi genişmiqyaslı tədbirlər, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət nəticəsində ölkədə makroiqtisadi sabitliyə və dinamik, davamlı iqtisadi inkişafa nail olunub.

Nazir Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin 29 yanvar tarixində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması məqsədi ilə həyata keçirilən tədbirlərin davam etdirilməsi və səmərəliliyinin artırılması barədə müvafiq tapşırıq və tövsiyələr verdiyini qeyd edib. Bununla əlaqədar Prezidentin tövsiyələrinə uyğun olaraq, Nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə məlumat verib. O, Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər, o cümlədən aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının genişləndirilməsi, yerin təkində təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə müvafiq tədbirlərin görüldüyünü xüsusilə qeyd edib.

Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib.

Müşavirədə həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün atılacaq konkret addımlar təhlil olunub, proqramda aidiyyəti üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin tam şəkildə keyfiyyətlə və vaxtında başa çatdırılması üçün zəruri işlərin görülməsi barədə müvafiq göstərişlər verilib.

Tədbirin sonunda dövlət başçısının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müzakirə olunaraq istiqamətlər müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi