Yuxarı

ETSN-də könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək

ETSN-də könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək
© Report / Elchin Murad — İradə İbrahimova

"Fevralın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək".

"Report" xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətin rəhbəri İradə İbrahimova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir.

O qeyd edib ki, “Xəmsə” formatında təşkil olunacaq bilik yarışmasında 15-ə yaxın dövlət qurumunun könüllü komandası iştirak edəcək və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi