"Report" xəbər verir ki, 13 komandanın iştirak etdiyi yarış “Xəmsə” formatında üç mərhələdən ibarət olub və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb.
Digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıb.
Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Gənclər və İdman Nazirliyinin “Gənclər” komandası birinci, Xarici İşlər Nazirliyinin “Diplomatiya könüllüləri” komandası ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Könüllü DOST” komandası üçüncü, Dövlət Turizm Agentliyinin “Turizm könüllüləri” komandası dördüncü yeri tutub, həvəsləndirici mükafata isə Dövlət Gömrük Komitəsinin “Gömrükçü könüllülər”i komandası layiq görülüb.
Qalib komandalar ETSN tərəfindən mükafatlandırılıb.
***12:01
Bu gün
"Report" xəbər verir ki, müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir.
“Xəmsə” formatında təşkil olunan bilik yarışmasında 13 dövlət qurumunun könüllü komandası iştirak edir. Yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti
















