Bakı. 14 noyabr. REPORT.AZ/
ETSN-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə “Təmiz Şəhər” ASC-nin və SOCAR-ın nümayəndələri də iştirak ediblər.
Görüş zamanı tullantıların idarə olunması, su hövzələrinin, torpaqların müxtəlif növ çirklənmədən təmizlənməsi və digər ekoloji dost texnologiyalar sahəsində ixtisaslaşmış şirkətlərlə mümkün birgə fəaliyyətlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.