ETSN-də Hindistanın İxrac Təşkilatları Federasiyasının nümayəndələri ilə görüş keçirilib

ETSN-də Hindistanın İxrac Təşkilatları Federasiyasının nümayəndələri ilə görüş keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Hindistan İxrac Təşkilatları Federasiyasının və Ticarət və Sənaye Palatasının ölkəmizdə səfərdə olan işgüzar nümayəndələri ilə görüş keçirilib.
Ekologiya
2 İyul , 2019 20:37
ETSN-də Hindistanın İxrac Təşkilatları Federasiyasının nümayəndələri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Hindistan İxrac Təşkilatları Federasiyasının və Ticarət və Sənaye Palatasının ölkəmizdə səfərdə olan işgüzar nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq da iştirak edib.

Görüş zamanı Azərbaycanla Hindistan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb, xüsusən alternativ enerji mənbələri, tullantıların təkrar emalı, su təmizləmə, su ehtiyatlarının idarə olunması və digər sahələr üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi