Bu gün
Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında ətraf mühitin, su resurslarının mühafizəsi, tullantıların təkrar emalı, torpaq və göllərin tullantılardan təmizlənməsi, alternativ su ehtiyatlarının yaradılması, termal suların istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.