Bakı. 8 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Muxtar Babayevlə Dünya Bankının nümayəndələri arasında görüş keçirilib.
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Dünya Bankı və ETSN arasında bu günə qədər mövcud olan əlaqələr, o cümlədən gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.