ETSN-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

ETSN-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri və palatada təmsil olunan iş adamları ilə görüşüblər.
Ekologiya
31 Oktyabr , 2019 09:44
ETSN-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri və palatada təmsil olunan iş adamları ilə görüşüblər. 

Nazirlikdən "Report"a verilən məlumata görə, palatanın icraçı direktoru Tobias Baumann görüşün məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ətraf mühitin mühafizəsi, ekoturizmin inkişafı, mövcud ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən layihələr və nazirliyin qarşısında duran vəzifələrlə bağlı təqdimatla çıxış edib.

Görüşdə iştirak edən iş adamlarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi