Bakı. 20 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 22 iyul Milli Mətbuat Günü ilə bağlı bir qrup jurnalistlə görüş keçirilib.
"Report"un məlumatına görə, görüşdə Nazirliyin rəhbər şəxsləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak edib.
ETSN-in Aparat rəhbəri Vüqar Kərimov jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, Nazirliyin KİV-lə olan əməkdaşlığından danışıb. O bildirib ki, Nazirlik media ilə sıx və məhsuldar əlaqələrə hər zaman əhəmiyyət verib və bu proses davamlı olacaq: “Azərbaycan mətbuatı mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib”.
Tədbirin sonunda Nazirlik tərəfindən bir qrup jurnalist mükafatlandırılıb.