ETSN: "Bu ilin 10 ayı ərzində qanunsuz ovla məşğul olan 124 nəfər saxlanılıb"

ETSN: "Bu ilin 10 ayı ərzində qanunsuz ovla məşğul olan 124 nəfər saxlanılıb" Nazirliyin qurumları 18 nəfər barəsində aidiyyəti Rayon Polis Şöbələrinə müraciət edib
Ekologiya
20 Noyabr , 2015 10:21
ETSN: Bu ilin 10 ayı ərzində qanunsuz ovla məşğul olan 124 nəfər saxlanılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ "Bu ilin 10 ayı ərzində qanunsuz ovla məşğul olan 124 nəfər saxlanılıb". Bunu "Report"un sorğusuna cavab olaraq  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər. 

Məlumata görə, həmin şəxslərdən 117 ədəd ov tüfəngi və 925 ədəd patron götürülüb: "Qanunu pozan şəxslər barəsində akt və protokol tərtib olunaraq onlara ümumilikdə 114 300 manat cərimə və təbiətə vurduqları 21 165 manat ziyanın ödənilməsi tətbiq edilib".

Məlumatda, həmçinin qeyd olunub ki, keçirilən reydlər zamanı qanun pozucularının şəxsiyyətlərini təsdiq edən və ov silahlarına dair sənədlərin təqdim edilməməsi, nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi halları da baş verib: "Bu qanun pozucuları barəsində tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə 18 nəfər barəsində aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub. Hazırda reydlər davam etdirilir".

Son xəbərlər

Orphus sistemi