ETSN: Bu il Azərbaycanda meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib

ETSN: Bu il Azərbaycanda meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin 7 ayında Azərbaycanda meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib.
Ekologiya
3 Avqust , 2018 11:23
ETSN: Bu il Azərbaycanda meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ "Bu ilin 7 ayında Azərbaycanda meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, bu ilin ötən dövründə baş verən yanğın hadisələri nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb.

H.Əlizadə qeyd edib ki, bu il yanğınlar Şabran, Oğuz, Yardımlı Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki Və Siyəzən rayonlarında qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi