ETSN: Bu gün Azərbaycanda yağıntı kəsəcək, külək mülayimləşəcək

ETSN: Bu gün Azərbaycanda yağıntı kəsəcək, külək mülayimləşəcək ​Hava şəraiti ilə bağlı məlumat
Ekologiya
18 Yanvar , 2019 12:40
ETSN: Bu gün Azərbaycanda yağıntı kəsəcək, külək mülayimləşəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Hazırda Azərbaycanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi