ETSN: Bəzən meşəbəyilər meşələrin qırılmasında iştirak edirlər

ETSN: Bəzən meşəbəyilər meşələrin qırılmasında iştirak edirlər "Öz əməkdaşlarımız barədə belə fikirlər səsləndirmək təəssüfedicidir"
Ekologiya
16 Mart , 2021 17:17
ETSN: Bəzən meşəbəyilər meşələrin qırılmasında iştirak edirlər

“Bəzən bizim işçilərimizin də meşələrin qırılmasında, müdaxilə edilməsində mənfi rolları olur. Buna görə əməkdaşlarımız xeyli azaldılıb. Güman edirəm ki, hələ də belə şəxslər var”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, həmin şəxslərə qarşı ciddi tədbirlər görülür, kadr islahatları aparılır: “Bir neçə regional meşə təsərrüfatı mərkəzinin rəhbərləri işdən kənarlaşdırılıb. Hətta işinə laqeyd yanaşan müavinim də işdən çıxarılıb. Vəzifəsindən asılı olmayaraq belə hallara yol verən şəxslərə qarşı ciddi addımlar atılır, barələrində intizam tənbehi, işdən kənarlaşdırma və barələrində hüquq-mühafizə orqanlarına müraciət edilir. Öz əməkdaşlarımız barədə belə fikirlər səsləndirmək təəssüfedicidir”.

Son xəbərlər

Orphus sistemi